550-ci oyununu keçirdi

10 Noyabr 2019 19:57 İspaniya 543
550-ci oyununu keçirdi

La Liqanın 13-cü turu çərçivəsində dünən "Nou Kamp"da “Selta” ilə qarşılaşan "Barselona"nın müdafiəçisi Serxio Buskets üçün matç əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, Lionel Messinin het-triki ilə yadda qalan görüşdə (4:1) Buskets Kataloniya klubunun heyətində yubiley oyununu keçirib.

Meydana əvəzetmədən daxil olan təcrübəli müdafiəçi “Barsa" ilə 550-ci matçına çıxıb. 31 yaşlı Serxio klub tarixinin ən çox oyun keçirən 5 futbolçusundan biridir. Siyahının lideri isə əfsanəvi Xavidir. Onun aktivində 767 görüş var.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 02:40 "Sabah"ın hesabı - 11:1
31 Oktyabr 02:20 “Zirə”dən Mozambikə
31 Oktyabr 02:00 “Qarabağ” AÇIQLADI