"Real"ın yeni hədəfi - bir oyunda 9 qol vuran futbolçu

11 Oktyabr 2019 18:23 İspaniya 772
"Real"ın yeni hədəfi -  bir oyunda 9 qol vuran futbolçu

"Real" "Zalsburq"da çıxış edən Erlinq Holandla maraqlanır.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi bu il Çempionlar Liqasında debüt edən 19 yaşlı hücumçunu yaxından izləyir.

Holand Çempionlar Liqasının qrup mərhələsinin I turunda Belçika "Genk"ini 6:2 hesabı ilə məğlub etdikləri matçda het-trik edib. O, bu mövsüm 11 oyuna 18 qol vurmağı bacarıb.

Norveçli forvard 20 yaşadək futbolçular arasında dünya çempionatında Hondurası 12 cavabsız qolla məğlub etdikləri görüşdə isə 9 qolun müəllifi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti