"Real"ın formasını geyinsəm, allergiya olaram”

10 Oktyabr 2019 13:40 İspaniya 497
"Real"ın formasını geyinsəm, allergiya olaram”

“Barselona”nın futbolçusu Jerard Pike “Real”la bağlı suala ironik cavab verib. Sportinfo.az xəbər verir ki, jurnalist Pikeyə “Nə vaxtsa “Real”ın formasını geyinibsənmi” sualını verib.

O, suala belə cavab verib: “Yox, heç vaxt. Hərdən biz “Real”ın futbolçuları ilə formalarımızı dəyişirik. Ancaq mən onu heç vaxt geyinmirəm. Yəqin ki, geyinsəm, allergiya olaram”.

Pike “Barsa”da 2008-ci ildən çıxış edir. Bu müddətdə 29 titul qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti