Bakıda zədələnən ulduz növbəti matçı da buraxacaq

02:50 İspaniya 31
Bakıda zədələnən ulduz növbəti matçı da buraxacaq

Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda “Sabah”la keçirilən oyunda zədələnən “Barselona”nın müdafiəçisi Alexandro Baldenin durumu dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, zədədən döndükdən sonra Bakıdakı görüşdə start heyətində meydana çıxan sol cinah oyunçusu dünən tibbi müayinədən keçib.

64-cü dəqiqədə Joao Kanselo ilə əvəzlənən 23 yaşlı oyunçunun sağ topuğunda yüngül burxulma aşkarlanıb.

Onun həftəsonu La Liqada “Deportivo” ilə matçı buraxacağı dəqiqdir. Lakin Balde növbəti həftənin əvvəlindən məşqlərə qoşula biləcək.

Bakı Olimpiya Stadionunda keçirilən oyunda “Barselona” “Sabah”ı 4:1 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 20:00 Çək və bizə göndər!