Azərbaycanda legioner həyatı yaşamış, hazırda isə Polşada "Varta Sieradz" klubunda qapıçı məşqçisi kimi çalışan Lukaş Sapela
sportal.az-a açıqlama verib.
Sportinfo.az xəbər verir ki, o, Polşada yaxşı çıxış edən ,"Rakov"un əsas üzvlərindən olan Mahir Emreli haqda danışıb:
"Emreli haqda danışmaq çox xoşdur və asandır. Emreli artıq nə qədər qol vura bilib.
"Rakuv"da olduqca yaxşı performans göstərir, yaxşı start götürüb, qollarını sıralayır. Mahirdən söhbət gedirsə, görünür ki, o, “Rakuv”da özünü çox yaxşı göstərir və istədiyi yeri tapıb, onun üçün hər şey əla alınır.
Əminəm ki, Mahir qollarına yenə də davam edəcək, bu mövsüm Ekstraklassada çoxlu qollar vuracaq.
Liqanı da çox yaxşı tanıyır, əvvəl də burada yaxşı performans göstərib. Sadəcə komandası uğurlu çıxış edə bilmir, bu da zamanla yoluna düşə bilər".
