Almaniyalını müdafiə xəttinə ən uyğun variant sayır - “Real”

21:40 İspaniya 99
Almaniyalını müdafiə xəttinə ən uyğun variant sayır - “Real”

“Real” Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbeki transfer hədəfləri siyahısında saxlamaqda davam edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, son həftələrdə “kral klubu”nun nümayəndələri 26 yaşlı futbolçunun namizədliyini fəal şəkildə araşdırır.

Madrid təmsilçisinin rəhbərliyi Şlotterbeki hazırda müdafiə xəttini gücləndirmək üçün mövcud olan ən uyğun variant hesab edir.

Onlar 2019-cu ildən bəri yaşı 20-ni xeyli keçmiş futbolçular üçün böyük məbləğlər xərcləməkdən çəkinirdi. Ancaq Şlotterbekin transferi naminə klubun bu strategiyadan geri addım atmağa hazır olduğu bildirilir.

Gözlənilir ki, almaniyalı müdafiəçinin transferi Madrid klubuna təxminən 50 milyon avroya başa gəlsin. Şlotterbekin Dortmund təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti