“Barselona”nın futbolçusu Pau Kubarsi komanda yoldaşı Ronald Arauxonun vəziyyətiylə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, uruqvaylı futbolçunun bir müddət komandadan uzaqlaşması haqda bunu deyib:
“Arauxonun geri qayıtmasına çox şadıq. O, məni paltardəyişmə otağına ilk qəbul edənlərdən biri idi.
Ronald demək olar ki, mənim üçün ata kimi idi. İndi Arauxo yenidən futboldan zövq almalı və komandaya kömək etməlidir. O, məhz bunu edəcək”.
Arauxo noyabrın sonlarında klubdan ayrılıb və yanvar ayında geri qayıdıb. O, bu müddət ərzində depressiyadan əziyyət çəkdiyini etiraf edib.
“Barselona” bazar günü La Liqada evdə “Levante” ilə qarşılaşacaq.

