“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını İspaniyada davam etdirə bilər.
Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Barselona” və “Atletiko” bu yay “şəhərlilər”lə müqaviləsinin müddəti başa çatacaq 31 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.
“Yuventus” və “Monako” da Silvanı izləyir, ancaq o, daha çox La Liqada oynamaq perspektivi ilə maraqlanır.
Portuqaliyalı yarımmüdafiəçi 2017-ci ildən “Mançester Siti”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 35 oyunda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

