“Bəzən səsini qaldırır, bəzən bizi sakitləşdirir - Əəbiləşəndə onu başa düşürəm”

21:40 İspaniya 75
“Bəzən səsini qaldırır, bəzən bizi sakitləşdirir - Əəbiləşəndə onu başa düşürəm”

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo komandanın baş məşqçisi Hans-Diter Flik haqqında paylaşım edib.

Sportinfo.az “Barça Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Flikin komanda ilə olarkən bəzən səsini qaldırdığını bildirib:

“Flik bəzən səsini qaldırır, bəzən isə vəziyyətdən asılı olaraq bizi sakitləşdirir.

Mən onunla ingilis dilində danışıram və o, əsəbiləşəndə ​​onu alman dilində başa düşürəm. O, aydın vizyonlu, diqqətli məşqçidir və nə istədiyini bilir”.

Flik 2024-cü ilin yayından “Barselona”ya rəhbərlik edir. Komanda onun rəhbərliyi altında İspaniya çempionu olub, Kral kubokunu və iki dəfə İspaniya superkubokunu qazanıb.

“Barselona” hazırda 24 turdan sonra 58 xalla La Liqada 2-ci pillədə qərarlaşıb və lider “Real”dan iki xal geri qalır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti