“Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiə xəttinin çıxışından narazıdır və heyətdə ciddi dəyişikliklərin vacib olduğunu düşünür.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis transfer bazarında Niko Şlotterbek uğrunda mübarizə aparılması üçün klub rəhbərliyinə təkid edəcək.
Müdafiəçi hazırda Dortmund “Borussiya”sının formasını geyinir. Bildirilir ki, Flik bu mövqeyini idman direktoru Dekuya çatdıracaq.
Transfer baş tutacağı halda, bundan zərər görə biləcək klub isə “Real” ola bilər. Madrid təmsilçisinin adı son vaxtlar alman müdafiəçi ilə yaxından əlaqələndirilir.
“Transfermarkt” portalı 26 yaşlı futbolçunun transfer dəyərini 55 milyon avro olaraq qiymətləndirir.

