Yeni transferi üçün icazə ala bilmir - “Barselona”

01:30 İspaniya 55
Yeni transferi üçün icazə ala bilmir - “Barselona”

“Barselona”nın yeni hücumçusu Hamza Abdelkərim hələ də rəsmi debüt edə bilməyib.

Kataloniya təmsilçisi misirli futbolçunu Qahirənin “Əl Əhli” klubundan məcburi satınalma şərti ilə icarəyə götürüb.

Transfer fevralın əvvəlində rəsmiləşsə də, oyunçu indiyədək İspaniyada işləmək icazəsi ala bilməyib.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi problemin həllinin daha uzun çəkə biləcəyindən narahatdır.

Hazırda 18 yaşlı futbolçunun “Barsa”nın ikinci komandasında nə vaxt debüt edəcəyi dəqiq bilinmir. Klub onu əvvəlcə məhz həmin komandada oynadaraq uyğunlaşdırmağı planlaşdırırdı.

Abdelkərimin transfer hüquqlarının alınması “Barselona”ya 5–8 milyon avroya başa gələ bilər. O, İspaniyaya köçməzdən əvvəl “Əl-Əhli”nin heyətində 9 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Fevral 05:20 Çıxışını başa vurdu