Karyerasını yenidən İtaliyada davam etdirə bilər - “Real”ın müdafiəçisi

20 Fevral 00:10 İspaniya 514
Karyerasını yenidən İtaliyada davam etdirə bilər - “Real”ın müdafiəçisi

“Real”ın müdafiəçisi Antonio Rüdiger yay transfer pəncərəsində karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Sportinfo.az “Calciomercato”-ya istinadən xəbər verir ki, almaniyalı futbolçunun xidmətində “Yuventus” maraqlıdır.

Turin təmsilçisi müdafiəçini yayda, Madrid klubu ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra azad agent kimi heyətinə qatmaq niyyətindədir.

Rüdiger daha əvvəl İtaliyada “Roma”nın formasını geyinib və A Seriyası təcrübəsinə malikdir. O, 2022-ci ildə “Çelsi”dən azad agent statusunda “Real”a keçmişdi.

31 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 11 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Avqust 18:10 Çək və bizə göndər!