“Barselona” norveçli müdafiəçi ilə maraqlanır - Sərfəli təklif alsa...

22:00 İspaniya 85
“Barselona” norveçli müdafiəçi ilə maraqlanır - Sərfəli təklif alsa...

Dortmund “Borussiya”sının müdafiəçisi Julian Ryerson İspaniya La Liqasına keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” norveçli futbolçuyla maraqlanır.

Kataloniya klubu yay transfer pəncərəsində müdafiəçini heyətinə cəlb edə bilər. Oyunçunun transferi üçün sərfəli təklif alsa, Almaniya klubu ondan ayrılmağa hazır olacaq.

Ryerson bu mövsüm Bundesliqada 20 oyunda meydana çıxıb və 11 məhsuldar ötürmə edib. Onun “Borussiya” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonunda başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti