“Atletiko” icarə əsasında “Yuventus”dan heyətinə qatdığı Niko Qonsalesin transfer hüququnu birdəfəlik almaq məsələsində tərəddüd yaşayır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunda argentinalı futbolçunun mövsümün sonunda 32 milyon avro qarşılığında transfer edilməsinə dair şübhələr var.
Oyunçunun gələcəyi hələlik tam dəqiqləşməyib.
Bununla belə, yayda tərəflərin yenidən danışıqlar masasına əyləşərək, məbləği aşağı salmaq üçün müzakirələr aparması istisna olunmur.
“Atletiko” Qonsalesi ötən ilin sentyabrında icarəyə götürmüşdü. 27 yaşlı yarımmüdafiəçi həmin vaxtdan bəri bütün turnirlərdə 25 oyunda meydana çıxıb və cəmi 1 qol vurub.

