Onu bizə versəz… “Real” Rodriqonu PSJ-yə bir şərtlə buraxa bilər

01:40 İspaniya 87
Onu bizə versəz… “Real” Rodriqonu PSJ-yə bir şərtlə buraxa bilər

PSJ “Real”ın vingeri Rodriqo ilə maraqlanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike braziliyalı futbolçunun transferində şəxsən maraqlıdır.

Ancaq Madrid klubu oyunçunu satmaq niyyətində deyil və yalnız bir halda danışıqlara başlaya bilər. “Real” rəhbərliyi PSJ-nin yarımmüdafiəçisi Vitinyanın mümkün mübadilə variantında yer almasını əsas şərt kimi irəli sürüb.

Başqa sözlə, Liqa 1 klubu Rodriqonu yay transfer pəncərəsində yalnız bu dəyişmə yolu ilə heyətinə qata bilər.

Vitinya uzun müddətdir “Real”ın transfer siyahısındadır. “Transfermarkt” portalında portuqaliyalı futbolçunun bazar dəyəri 110 milyon avro, Rodriqonun isə 60 milyon avro olaraq qiymətləndirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Fevral 18:10 Çək və bizə göndər!
13 Fevral 01:50 "Neftçi"ni dirildən adam