“Barselona”ya keçmədiyi üçün peşman olub - “Atletik”in hücumçusu

01:30 İspaniya 91
“Barselona”ya keçmədiyi üçün peşman olub - “Atletik”in hücumçusu

“Atletik”in hücumçusu Niko Uilyams klubda uğur qazanmaq ümidini itirib.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.

Son damla FİFA-nın kluba 2028-ci ilə qədər transfer qadağası olub. Uilyamsın ətrafı oyunçunun özünü tələyə düşmüş hiss etdiyini və müqaviləsinin müddətini uzatmaq qərarından peşman olduğunu iddia edir.

İspaniyalı oyunçu əvvəllər iki dəfə “Barselona”ya keçməkdən imtina edib, daha sonra isə “Atletik”lə daha yaxşı şərtlərlə yenidən müqavilə bağlayıb.

23 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 26 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Fevral 18:10 Çək və bizə göndər!
13 Fevral 01:50 "Neftçi"ni dirildən adam