“Barselona”nın vingeri Lamin Yamal gələcəyi ilə bağlı fikirlərini bölüşüb. 18 yaşlı futbolçu karyerasının tamamını Kataloniya klubunda keçirmək arzusunda olduğunu bildirib.
Yamal Barselonada nəşr olunan “Mundo Deportivo” qəzetinin 120 illik yubileyinə həsr olunmuş qala-gecədə iştirak edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbir zamanı ona gələcək planları ilə bağlı sual ünvanlanıb:
“Ümid edirəm ki, ömrümün sonuna qədər burada qala biləcəm. Dünyanın ən yaxşı klubunda və ən yaxşı şəhərində hər günün dadını çıxarmaq istəyirəm”.
İspaniyalı futbolçu, həmçinin, komandanın cari hədəflərindən də danışıb:
“Biz İspaniya kubokunun yarımfinalına yüksəlmək uğrunda mübarizə aparırıq. Bu, mütləq qazanmalı olduğumuz tituldur”.

