Nigeriyalı hücumçu “Atletiko”ya getdi - “Fənərbaxça” istəyirdi,

3 Fevral 15:40 İspaniya 432
Nigeriyalı hücumçu “Atletiko”ya getdi - “Fənərbaxça” istəyirdi,

“Atletiko” (Madrid) "Atalanta”nın hücumçusu Ademola Lukmanın transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, tərəflər arasında 2030-cu ilə qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.

Bu keçid “Atletiko”ya 35 milyon avrosu sabit ödəniş, 5 milyon avrosu isə bonuslar olmaqla, ümumilikdə 40 milyon avroya başa gəlib.

28 yaşlı nigeriyalı futbolçu 2022-ci ildən “Atalanta”da çıxış edirdi. O, Berqamo təmsilçisinin heyətində keçirdiyi 137 oyunda 55 qol və 27 məhsuldar ötürmə ilə yadda qalıb.

Məlumat üçün bildirək ki, Lukman xüsusilə 2024-cü ilin Avropa Liqasının finalında Leverkuzen “Bayer”inə vurduğu het-triklə komandasına tarixi çempionluq qazandırmışdı.

Futbolçunun transferi üçün Türkiyənin “Fənərbaxça” klubu da ciddi cəhd göstərsə də, Lukman karyerasını La Liqada davam etdirməyə üstünlük verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA