“Barselona”ya geri göndərilə bilər - Ciddi zədə aldı

00:10 İspaniya 91
“Barselona”ya geri göndərilə bilər - Ciddi zədə aldı

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen “Jirona”da ciddi zədə alıb və bu səbəbdən Kataloniya klubuna vaxtından əvvəl qayıda bilər.

33 yaşlı qolkiper yanvarın 21-də, mövsümün sonuna qədər icarə əsasında “Barselona”dan “Jirona”ya keçmişdi.

O, yeni klubunda cəmi iki oyunda – “Xetafe”yə qarşı (1:1) və “Ovyedo” ilə matçda (0:1) forma geyinməyə macal tapıb.

Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, almaniyalı futbolçuda arxa bud əzələsində ciddi zədələnmə – əzələ yırtığı və vətərlərin qopması ehtimalı aşkarlanıb.

İlkin tibbi müayinələr dəqiq diaqnozun qoyulmasına imkan verməyib.

Gözləntilərə əsasən, Ter Ştegen iki ay meydanlardan kənar qala bilər. Bu halda, “Jirona” icarə müqaviləsini vaxtından əvvəl ləğv edərək, onu yenidən “Barselona”ya göndərə bilər.

Ter Ştegenin vəziyyəti yaxın günlərdə keçiriləcək əlavə müayinələrdən sonra tam aydınlaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Fevral 18:10 Çək və bizə göndər!