“Atalanta”nın yarımmüdafiəçisi Ederson bu qış “Atletiko”ya keçməyəcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu transfer pəncərəsi bağlanmamış braziliyalı futbolçunu heyətinə qatmağı planlaşdırsa da, razılaşma son anda baş tutmayıb.
“Atletiko” Edersonla şəxsi müqavilə şərtləri üzrə razılığa gəlsə də, klubu onu ən azı mövsümün sonuna qədər buraxmaq niyyətində deyil.
26 yaşlı yarımmüdafiəçi ilə “Mançester Yunayted”, “Barselona” və Avropanın digər top-klubları da maraqlanır.
“Atletiko”nun heyətinə yaxın vaxtlarda “Atalanta”dan başqa bir futbolçu – hücumçu Ademola Lukman qoşula bilər.

