“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes sərfəli təkliflərə baxmayaraq, klubunu dəyişməmək qərarına gəlib.
22 yaşlı futbolçu bu yaxınlarda “Barsa” ilə yeni müqavilə imzalayıb və anlaşmanın müddəti 2031-ci ilin yayına qədər qüvvədə olacaq.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Çelsi” daha əvvəl ispaniyalı oyunçuya xeyli yüksək maaş təklif edib. Ancaq Lopes mövqeyindən geri çəkilməyərək “Barselona”ya sadiq qalıb.
Fermin Lopesə “Bayern” də ciddi maraq göstərib.
Münhen klubu ona yalnız yüksək əməkhaqqı deyil, eyni zamanda, komandanın gələcək layihəsində mühüm rol vəd edib. Buna baxmayaraq, almanlar da məqsədinə çata bilməyib.
Lopes maddi baxımdan daha cəlbedici təklifləri geri çevirərək, karyerasını doğma klubunda davam etdirməyi seçib.

