“Barselona”nın qapıçısı: “Mən böyük şeylər arzulayıram”

18:20 İspaniya 79
“Barselona”nın qapıçısı: “Mən böyük şeylər arzulayıram”

“Barselona”nın qapıçısı Xuan Qarsiya klubdakı gələcəyindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, böyük şeylər arzuladığını söyləyib:

“Təsəvvür edirəm ki, uzun illər “Barselona”da qalıb, komanda ilə bir çox kubok qazanacam. İlk titulum artıq qazanılıb

(İspaniya superkuboku) və biz bütün yarışlarda mübarizə aparmağa davam edirik. Böyük şeylər arzulayıram, amma ən vacibi növbəti matçdır”.

İspaniyalı futbolçu 2025-ci ilin yayında 25 milyon avroya “Espanyol”dan “Barselona”ya keçib.

“Barselona” hazırda La Liqada turnir cədvəlinə başçılıq edir və “Real”dan bir xal öndədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti