“Barselona” niyə Estevaonu almağa çalışmayıb?

15:40 İspaniya 99
“Barselona” niyə Estevaonu almağa çalışmayıb?

“Barselona”nın idman direktoru Deku braziliyalı vinger Estevaonun yayda “Palmeyras”dan “Çelsi”yə keçməsinə klubun niyə müdaxilə etməməsi barədə sualı cavablandırıb. Transferin dəyəri 45 milyon avro təşkil edib.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, Deku, Estevaonun əla futbolçu olduğunu bildirib:

“Estevao ilə müqavilə bağlamaq “Barselona”nın planlarına daxil deyildi. Bu qərar heç də onun oyun keyfiyyəti ilə bağlı deyil – o, əla futbolçudur.

Ola bilsin, Estevao sol cinahda oynasaydı, vəziyyət fərqli olardı. O, Lamin Yamala çox oxşayır, amma fərqli xarakter xüsusiyyətlərinə malikdir”.

Funksioner əlavə edib ki, həm Yamal, həm də Estevao inanılmaz istedadlı oyunçulardır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti