“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçilər Mark Bernal və Mark Kasadonun komandadan mümkün ayrılması ilə bağlı suallara cavab verib. Hər iki oyunçu kataloniyalıların yetirməsidir.
Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, klub rəhbəri onlara güvəndiklərini bildirib:
“Nə Mark Bernal, nə də Mark Kasado komandadan ayrılacaq. Çünki biz onlara güvənirik”.
18 yaşlı Bernal cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 15 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib. 22 yaşındakı Kasado isə 21 oyunda meydana çıxıb və onun da hesabında 1 məhsuldar ötürmə var.
“Barselona” La Liqada keçirdiyi 21 turdan sonra 52 xal toplayaraq, turnir cədvəlinə başçılıq edir. Komanda ən yaxın rəqibindən – “Real”dan bir xal irəlidədir.

