“Barselona” ilə müqavilənin müddətini uzatdı - 2031-ci ilin yayına kimi

31 Yanvar 00:20 İspaniya 382
“Barselona” ilə müqavilənin müddətini uzatdı - 2031-ci ilin yayına kimi

“Barselona” Fermin Lopesin müqaviləsinin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İspaniya çempionunun rəsmi saytı məlumat yayıb.

22 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb. Futbolçunun maaşı artırılıb.

Fermin Lopes “Barselona”nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 10 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA