“Real” mövsümün sonunda baş məşqçi dəyişikliyinə gedə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” bu qərarı verərsə, komandanın “sükanı arxasına” gətiriləcək əsas namizəd hazırda “Aston Villa”nı çalışdıran Unay Emeri olacaq.
Madrid təmsilçisi artıq bir neçə gün əvvəl ispan mütəxəssislə əlaqə saxlayaraq onun “Real”da işləməyə hazır olub-olmadığını öyrənib. Bu da klub rəhbərliyinin Emerini ciddi alternativ kimi nəzərdən keçirdiyini göstərir.
“Real”ın baş məşqçisi vəzifəsini hazırda Alvaro Arbeloa icra edir. O, bu ay Xabi Alonsonu əvəzləyib.
53 yaşlı Emeri 2022-ci ildən etibarən “Aston Villa”nın baş məşqçisidir və İngiltərə klubunda uğurlu işi ilə diqqət çəkir.

