“Real”a gedəcək, Halandı da yanına aparacaq - Yurgen Klopp

22:00 İspaniya 116
“Real”a gedəcək, Halandı da yanına aparacaq - Yurgen Klopp

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp cari mövsüm başa çatdıqdan sonra “Real”ın “sükanı arxasına” keçə bilər.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “kral klubu”nun baş məşqçisi olacağı təqdirdə, ilk transfer hədəfi “Mançester Siti”nin hücumçusu Erlinq Haland olacaq.

Kloppun artıq norveçli forvardla əlaqə saxlayaraq, onu yay transfer pəncərəsində “Real”a keçməyə razı salmağa çalışdığı iddia olunur.

Haland 2022-ci ildə Dortmund “Borussiya”sından 60 milyon avroya “Mançester Siti”yə transfer olunub. Onun klubu ilə müqaviləsinin müddəti 30 iyun 2034-cü ilə qədərdir.

24 yaşlı hücumçu cari mövsümdə “şəhərlilər”in heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 27 qol vurub və 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti