“Tuneldə ağlamağa başlamayın! Siz onun işdən çıxmasının səbəbisiz”

15:20 İspaniya 89
“Tuneldə ağlamağa başlamayın! Siz onun işdən çıxmasının səbəbisiz”

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager “Real”ın hücumçusu Vinisius Junioru sərt tənqid edib və onu baş məşqçi Xabi Alonsonun işdən çıxmasının əsas səbəbkarı adlandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Levante” ilə oyunda azarkeşlərin ən çox fitə basdığı oyunçunun məhz Vinisius olduğunu bildirib:

“Çünki o, əsas problemdir. Məhz buna görə baş məşqçi işini itirdi. Bu, belə işləyir və hər kəs bilir. Amma tuneldə ağlamağa başlamayın! Siz Alonsonun işdən çıxmasının səbəbisiz”.

O, əlavə edib ki, “Barselona” ilə oyunda (“Real” qalib gəlib – 2:1) əvəzləndikdən sonra Vinisius əl-qol hərəkətləri edərək bildirib ki, Alonso qalarsa, yeni müqavilə imzalamayacaq:

“Alonsonun işdən çıxmasının səbəbi budur. Klubun sahibi Florentino Peres dünyanın ən yaxşı oyunçularından birinin yeni müqavilə imzalamayacağını öyrənəndə dəhşətə gəldi”.

Karrager vurğulayıb ki, bu, “Real”da ilk belə hal deyil:

“Başqa oyunçular da bunu keçmişdə ediblər və baş məşqçi işini itirib. Alonso bunu bilirdi, nə işə girdiyini anlayırdı. Amma tuneldə ağlamaq lazım deyil!”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti