“Real”ın sabiq hücumçusu Qaret Beyl Xabi Alonsonun klubdan ayrılması barədə fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, uelsli keçmiş futbolçu, Alonsonun 8 ay davam edən işinin və bu sürətli gedişin onu təəccübləndirmədiyini bildirib:
“Doğrusunu deyim, təəccüblənmədim. “Real”da iş prinsipi belədir: nəticə yoxdursa, getmək məcburiyyətindəsən.
Təəssüf ki, belədir. Bu, böyük klublarda məşqçi olmağın nə qədər çətin olduğunu göstərir”.
Sabiq futbolçu əlavə edib ki, Alonsonu oyunçu kimi də yaxşı tanıyırdı, ancaq məşqçi kimi vəziyyət daha mürəkkəbdir:
“Alonso inanılmaz məşqçidir. Leverkuzen “Bayer”ində titullar qazanıb, komandaya əla rəhbərlik edib. Amma “Real”da sən yalnız məşqçi yox, menecer olmalısan.
Paltardəyişmə otağındakı oyunçuların eqosunu idarə etməlisən. Taktikaya o qədər də çox enerji sərf etməyə ehtiyac yoxdur, çünki super ulduzlar var ki, oyunun gedişatını bir anda dəyişə bilirlər.
Ona görə də, deyə bilərik ki, o, əla taktiki biliklərə sahibdir, amma “Real”da bu, işləmədi”.

