Öz sıralarına qatmaq istəyir - “Barselona”nın yarımmüdafiəçisini

01:40 İspaniya 54
Öz sıralarına qatmaq istəyir - “Barselona”nın yarımmüdafiəçisini

“Mançester Yunayted” İspaniya La Liqasında çıxış edən futbolçu ilə maraqlanır.

İngiltərə klubu “Barselona”nın 22 yaşlı yarımmüdafiəçisi Mark Kasadonu öz sıralarına qatmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

“Qırmızı şeytanlar” artıq Kasadonun agentləri ilə danışıqlara başlayıb. Ancaq onun transferində “Atletiko” da ciddi rəqibdir.

İspaniyalı futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir. O, cari mövsümdə La Liqada 13 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Yanvar 18:10 Çək və bizə göndər!