“Barselona”nın hücumçusu Ferran Torres yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, ispan futbolçunun xidmətində “Aston Villa” maraqlıdır.
Birmingem təmsilçisinin 24 yaşlı forvardın transferi üçün Kataloniya klubuna 60 milyon avro təklif etməyə hazır olduğu bildirilir.
Ferran Torres 2022-ci ildə “Mançester Siti”dən “Barselona”ya 55 milyon avro qarşılığında keçib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin 30 iyununa kimidir.
O, cari mövsümdə bütün turnirlərdə “Barselona” forması ilə 27 oyuna çıxıb, 15 qol vurub və 1 məhsuldar ötürmə ilə verib.

