“Barselona”nın baş məşqçisi Hans-Diter Flikin klubla müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub.
Kataloniya təmsilçisinin vingeri Rafinya isə alman mütəxəssisi komandadakı ən vacib fiqur hesab edir.
Braziliyalı Flikə komanda yoldaşlarından da daha yaxındır və baş məşqçi klubdan ayrılacağı təqdirdə, özü də “Barselona”dan getməyə hazırdır.
Sportinfo.az xəbər verir ki, “The Touchline” nəşri Rafinyanın ətrafına dediyi sözlərdən belə sitat gətirir:
“Flik gedərsə, mən də çamadanlarımı yığmağa başlayacam”.
Rafinya daha əvvəl də dəfələrlə bildirib ki, Hans-Diter Flik olmasaydı, o, 2024-cü ildə artıq “Barselona”nı tərk etmiş olardı.
“Barselona” növbəti oyununu bu gün UEFA Çempionlar Liqası çərçivəsində Praqa “Slaviya”sına qarşı keçirəcək.

