“Barselona” rəhbərliyi baş məşqçi Hans-Diter Flikin işindən olduqca razıdır.
Kataloniya klubu alman mütəxəssislə əməkdaşlığın mümkün qədər uzun sürməsini arzulasa da, gələcəklə bağlı tam zəmanətin olmadığını da anlayır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”nın rəhbər şəxsləri Flikin potensial əvəzləyicisi kimi iki tanınmış mütəxəssisi – Mikel Arteta (“Arsenal”) və Luis Enrikeni (PSJ) ideal namizədlər hesab edirlər.
Flikin müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Maraqlıdır ki, eyni tarixdə Artetanın “Arsenal”la, Luis Enrikenin isə PSJ ilə sözləşmələrinin müddəti başa çatacaq.
Bu səbəbdən, kataloniyalılar gələcək üçün alternativ variantları indidən nəzərdən keçirməyə başlayıblar

