PSJ və “Çelsi” də yaxından maraqlanır - “Barsa”nın istədiyi hücumçu ilə

21 Yanvar 10:20 İspaniya 430
PSJ və “Çelsi” də yaxından maraqlanır - “Barsa”nın istədiyi hücumçu ilə

“Atletiko”nun hücumçusu Xulian Alvares cari ildə klubunu tərk edə bilər.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, argentinalı futbolçunun ətrafı ilə artıq “Barselona” əlaqə saxlayıb.

Kataloniyalıların rəhbərliyi 25 yaşlı forvardı klubun idman layihəsinin əsas hisslələdindən biri hesab edir. Bundan əlavə, Alvareslə PSJ və “Çelsi” də yaxından maraqlanır.

“Barselona” bu transfer məsələsində qətiyyətlidir və katalonlar top-oyunçu uğrunda mübarizədə qalib gələ biləcəklərini bütün dünyaya nümayiş etdirmək niyyətindədirlər.

Bununla belə, yekun qərar futbolçunun öz seçimindən asılı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti