Müdafiəçisini gələn ilin yayına kimi icarəyə verdi - “Barselona”

3 Sentyabr 2025 15:20 İspaniya 511
Müdafiəçisini gələn ilin yayına kimi icarəyə verdi - “Barselona”

“Barselona” müdafiəçisi Hektor Fortu icarəyə verib.

Sportinfo.az xəbər verir ki, İspaniya çempionu 19 yaşlı futbolçunu “Elçe”yə göndərib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı sağ cinah müdafiəçisi gələn ilin yayına kimi “Elçe”nin formasını geyinəcək.

Hektor Fort “Barselona”nın yetirməsidir. İspaniya U-20 millisinin üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 21 rəsmi matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!