“Barselona” tezliklə satmağa hazırdır – Yaxşı təklif olarsa

31 Avqust 2025 20:50 İspaniya 490
“Barselona” tezliklə satmağa hazırdır – Yaxşı təklif olarsa

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasadonun transfer pəncərəsi bitməmiş komandadan ayrılmaq ehtimalı var.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu “Marsel” və “Vest Hem”in maraq dairəsindədir.

“Barselona” Kasadonun satışına açıqdır və yaxşı təklif olarsa, onu satmağa hazırdır. O, bu mövsüm La Liqada yalnız bir oyunda meydana çıxıb.

İspaniyalı futbolçunun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti