Razılıq verəcəklər - Yalnız 80 milyon avrodan yüksək təklif gəlsə

19 Avqust 2025 15:40 İspaniya 582
Razılıq verəcəklər - Yalnız 80 milyon avrodan yüksək təklif gəlsə

“Real” yarımmüdafiəçisi Eduard Kamavinqanı yalnız müəyyən şərtlər daxilində satmağa hazırdır.

Sportinfo.az “Defensa Central”-a istinadən xəbər verir ki, “kral klubu” fransalı futbolçunun satışına yalnız 80 milyon avrodan yüksək təklif gəldiyi halda razılıq verəcək.

Baş məşqçi Xabi Alonso Kamavinqadan razıdır və rəhbərlik də bu qiymətin potensial alıcıları uzaqlaşdıracağına inanır.

22 yaşlı oyunçunun “Real”la müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.

“Real” bu gün La Liqanın 2025/26 mövsümünün ilk turunda öz meydanında “Osasuna” ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti