Rodriqo üçün "Real"la ilkin danışıqlar apardı - “Mançester Siti”

16 Avqust 18:40 İspaniya 91
Rodriqo üçün "Real"la ilkin danışıqlar apardı - “Mançester Siti”

“Real”ın vingeri Rodriqo “Mançester Siti”nin maraq dairəsindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, iddialara görə, tərəflər artıq 24 yaşlı futbolçunun mümkün transferi ilə bağlı ilkin danışıqlar aparıblar.

“Şəhərlilər” braziliyalı oyunçu ilə beş illik müqavilə imzalamağa hazırdır. “Real” isə Rodriqonu yalnız ciddi təklif qarşılığında buraxmağa razıdır.

Klub rəhbərliyi təxminən 100 milyon avro qiymət müəyyənləşdirib.

Rodriqo 2019-cu ilin yayından “Real”da çıxış edir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 18:10 Çək və bizə göndər!
16 Avqust 17:20 "Sumqayıt"ın kapitanları
16 Avqust 09:40 Liqanın KARVANSARAYı
15 Avqust 22:20 Bolqar dərsi...