“Vəziyyətdən çox da razı deyiləm, amma gözləməliyik”

16 Avqust 2025 10:00 İspaniya 541
“Vəziyyətdən çox da razı deyiləm, amma gözləməliyik”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik oyunçuların qeydiyyatı ilə bağlı vəziyyətdən narazı olduğunu bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı bunu söyləyib:

“Vəziyyətdən çox da razı deyiləm. Amma kluba güvənirəm. Gözləməliyik. Keçən mövsümdə də eyni şey olmuşdu. Hazırda diqqətimizi əlimizdə olana yönəltmişik”.

Hazırda “Barselona” mövsümlərarası fasilədə aldığı Xuan Qarsiya və Markus Reşfordu, həmçinin, Voyçex Şesnı, Jerar Martin, Hektor Fort, Mark Bernal, Oriol Romeu və Runi Bardqini qeydiyyatdan keçirməyib.

“Barsa” avqustun 16-da, La Liqanın yeni mövsümündə ilk oyununu “Malyorka”ya qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti