
“Sevilya”nın müdafiəçisi Xuanlu “Napoli”yə transfer oluna bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə İtaliyanın son çempionu arasında danışıqların aparıldığı və razılaşmanın yaxın olduğu bildirilir.
Xuanlu digər təklifləri rədd edərək, yalnız “Napoli”yə keçmək niyyətini göstərib. Onun bazar dəyəri 12 milyon avro qiymətləndirilir.
O, 2024/2025 mövsümündə “Sevilya” ilə 35 oyuna çıxaraq, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Beləliklə, “Napoli” müdafiə xəttini ispaniyalı oyunçu ilə gücləndirməyə hazırlaşır.