“Bu, çox maaş almamağımla bağlı deyil” - Ayrılmasının səbəbini açıqladı

14 Avqust 18:40 İspaniya 576
“Bu, çox maaş almamağımla bağlı deyil” - Ayrılmasının səbəbini açıqladı

Bir müddət əvvəl “Barselona”dan “Əl-Nəsr”ə keçən müdafiəçi İniqo Martines keçidinin səbəblərini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu transferin maaşla bağlı olmadığını bildirib:

“Təlim-məşq toplanışı bitəndə baş məşqçi Hans-Diter Fliklə danışdım. Onun başa düşəcəyini bilirdim və onunla dürüst idim.

Mənim 34 yaşım var və müqaviləmin bitməsinə cəmi bir il qalıb. Bu, “Barselona”da çox maaş almamağımla bağlı deyil.

Mənim kifayət qədər yaxşı maaşım var idi və ailəm də rahat idi. Amma belə imkanlar nadirdir, “yox” demək çətin idi.

Ancaq Flik çox təəccübləndi, çünki mən məşqçi və klubla vidalaşmaq istəmirdim”.

Martines 2023-2025-ci ildə “Barselona”da çıxış edib. İspaniyalı futbolçu Kataloniya klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub və “Əl-Nəsr”ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu