1 milyard avro qazanacaq - Ərəblərdən FANTASTİK TƏKLİF!

15:40 İspaniya 167
1 milyard avro qazanacaq - Ərəblərdən FANTASTİK TƏKLİF!

Səudiyyə Ərəbistanının investorları braziliyalı futbolçu Vinisius Juniorun “Real”dan “Əl-Əhli”yə transferində maraqlıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.

Ərəblər transferin baş tutması üçün “Real”a 350 milyon avro ödəməyə hazırdır. Üstəlik, Vinisius üçün 5 illik müqavilə çərçivəsində ümumilikdə 1 milyard avro məvacib nəzərdə tutulub.

25 yaşlı futbolçu hazırda “Real”la müddəti 2027-ci ilə qədər olan müqaviləsinin uzadılması ilə bağlı danışıqları dayandırıb. O, son mövsümdə 58 oyunda meydana çıxaraq, 22 qol vurub və 19 məhsuldar ötürmə verib.

Hazırda futbol tarixində ən bahalı transfer Neymarın 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya keçidi hesab olunur. Vinisiusun transferi baş tutarsa, bu, yeni rekord olacaq.

Digər Xəbərlər
Xəbər Lenti