Yeni futbolçusunu təlim-məşq toplanışına aparacaq - Dünya nəhəngi

15 İyul 2025 15:20 İspaniya 593
Yeni futbolçusunu təlim-məşq toplanışına aparacaq - Dünya nəhəngi

“Barselona”nın yeni transferi olan cinah yarımmüdafiəçisi Runi Bardqi komanda ilə mövsümöncəsi təlim-məşq toplanışına qoşulacaq.

Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, isveçli futbolçu təlim-məşq toplanışında özünü göstərsə, yeni mövsümdə İspaniya klubunun əsas heyətinə daxil ola bilər.

Daha əvvəl “Barselona” Bardqinin “Kopenhagen”dən transferini rəsmən açıqlayıb. Yarımmüdafiəçinin alınmasının kataloniyalılara iki milyon avroya başa gəldiyi bildirilib.

“Barselona” avqustun 16-da, İspaniya çempionatının yeni mövsümünün ilk turunda “Malyorka” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM