Karyerasını Premyer Liqada davam etdirəcək - “Valensiya”nın müdafiəçisi

14 İyul 2025 22:00 İspaniya 528
Karyerasını Premyer Liqada davam etdirəcək - “Valensiya”nın müdafiəçisi

“Valensiya”nın müdafiəçisi Kristian Moskera “Arsenal”a keçəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər ispaniyalı futbolçunun transferi ilə bağlı razılığa gəlib.

“Arsenal” 15 milyon avro və bonuslar ödəyəcək. Ümumi transfer məbləği 20 milyona çata bilər. Moskera londonlularla uzunmüddətli müqavilə imzalayacaq.

21 yaşlı müdafiəçi son mövsümdə La Liqada 37 oyun keçirib və 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti