Levandovskinin yerinə yeni qolçu axtarır - O, bu siyahıda ön sıralardadır

15:40 İspaniya 108
Levandovskinin yerinə yeni qolçu axtarır - O, bu siyahıda ön sıralardadır

“Barselona” “Çelsi”nin hücumçusu Nikolas Ceksona maraq göstərir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.

Kataloniya təmsilçisi 36 yaşlı Robert Levandovskinin yerinə yeni hücumçu axtarır və Cekson bu siyahıda ön sıralardadır.

“Çelsi” seneqallı oyunçunu satmaq niyyətində olsa da, “Barselona” onu icarəyə götürmək variantını müzakirə edir. O, son mövsümdə London klubunun heyətində 37 oyunda iştirak edib, 19 qolla yadda qalıb.

23 yaşlı forvardın “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti