"Barselona"da isveçli hücumçu - 4 illik müqavilə

12 İyul 22:00 İspaniya 137
"Barselona"da isveçli hücumçu - 4 illik müqavilə

"Barselona" "Kopenhagen"in futbolçusu Runi Bardeqqini transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Faabritsio Romano məlumat yayıb.

19 yaşlı cinah hücumçusunun Kataloniya klubuna keçidi artıq başa çatıb.

Bildirilib ki, futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Yaxın günlərdə transferlə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

İsveçli gənc forvard uşaqlıqdan "Barselona" azarkeşi olduğu üçün "Malyorka" və "Portu"dan gələn təklifləri rədd edib.

2024/25 mövsümündə Bardeqqi zədə səbəbindən Danimarka yüksək liqasında cəmi 5 oyun keçirib. O, 2023/24 mövsümündə isə 23 matçda 7 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!