
”Real”ın yarımmüdafiəçisi Luka Modriç Madrid klubunun prezidenti Florentino Pereslə münasibətindən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu, klub prezidentinin ona həmişə xoş münasibət göstərdiyini söyləyib:
“Peres karyeramda çox vacib idi, çünki o, məni “Real”a dəvət etdi. Prezident həmişə mənimlə yaxşı rəftar edirdi.
Aramızda bir qədər mehribanlıq var idi. Bunu “Real”dakı son matçımda da göstərdi. Mən heç Peresin ağladığını görmədim.
Sonra anladım ki, bu adam məni həqiqətən sevir. Mən ona həmişə minnətdar olacam”.
Daha əvvəl Modriçin karyerasını “Milan”da davam etdirəcəyi məlum olub. Tərəflər bir illik müqavilə imzalayacaqlar.