“Bayern”in 2 müdafiəçisi ilə yaxından maraqlanır - “Barselona”

00:10 İspaniya 88
“Bayern”in 2 müdafiəçisi ilə yaxından maraqlanır - “Barselona”

“Bayern”in iki müdafiəçisi “Barselona”nın maraq dairəsinə düşüb.

Sportinfo.az “Bayern&Germany”-ya istinadən xəbər verir ki, söhbət Kim Min Jae və Dayot Upamekanodan gedir.

Kataloniya klubunun idman direktoru Deku hər iki futbolçunun səviyyəsini yüksək qiymətləndirir.

Ancaq “Barselona” yalnız uruqvaylı müdafiəçi Ronald Arauxonun komandadan ayrılması halında bu transferlər üçün hərəkətə keçəcək.

Fransalı futbolçu Upamekanonun “Bayern”lə müqaviləsinin müddəti gələn ilin ortalarına kimi, cənubi koreyalı Kim Min Jaenin isə 2028-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 19:30 Çək və bizə göndər!