Şifahi razılığa gəldilər - 50 milyon avro ödəyəcəklər

11 İyul 15:40 İspaniya 182
Şifahi razılığa gəldilər - 50 milyon avro ödəyəcəklər

“Real Madrid” müdafiəçi Alvaro Karrerasın transferi ilə bağlı “Benfika” ilə şifahi razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, 22 yaşlı ispaniyalı Madrid təmsilçisinə 50 milyon avroya keçəcək.

Bundan əvvəl də “kral klubu”nun müdafiəçisi ilə şəxsi müqaviləsinin şərtləri ilə bağlı tam razılığa gəldiyi bildirilirdi.

Ötən mövsüm Karreras bütün turnirlərdə 52 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalına görə futbolçunun transfer dəyəri 35 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 19:30 Çək və bizə göndər!