
“Real” Klublararası dünya çempionatının yarımfinal mərhələsində PSJ-yə 0:4 hesabı ilə məğlub oldu. Komandanın hücumçusu Vinisius Junior ABŞ-da göstərdiyi zəif performansla diqqət çəkib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, madridlilər braziliyalı futbolçunun oyun səviyyəsindən və onun Kilian Mbappe ilə münasibətindən narahatdır.
“Real” rəhbərliyi hesab edir ki, Vinisius ən vacib məqamlarda oyun əzmini itirib. Bunun fonunda klub prezidenti Florentino Peres onun statusunu dəyişib və artıq onu toxunulmaz hesab etmir.
25 yaşlı Vinisiusun “Real”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.